Azərbaycanın avtomobil yollarındakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarındakı vəziyyətlə bağlı XƏBƏRDARLIQ
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlət Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 18-də gecə və axşam saatlarında duman ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Bərdə-İstisu, Xaldan-Mingəçevir, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Füzuli-Cəbrayıl-Mahmudlu, Göyçay-Ucar, Xankəndi-Xocavənd, Naxçıvan-Şahbuz, Salyan-Neftçala, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 500-800 metrədək məhdudlaşacaq.
Geri qayıt