Tanınmış iş adamının övladı üniversitetə qəbul olundu

Tanınmış iş adamının övladı üniversitetə qəbul olundu Vüsal Səbzəliyev övladı üçün ziyafət təşkil etdi

Bəkir Çobanzadə küçəsində yerləşən restoranların birində bu münasibət ilə möhtəşəm ziyafət məclisi keçirilib. 
Xalqxeber.Az xəbər verir ki, iş adamının övladı Səbzəliyeva Vüsalə Vüsal qızı Xarici Dillər Universiteti Regionşünaslıq (Qafqaz üzrə) fakultəsinə qəbul olunub. Sevindirici xəbəri eşidən iş adamı göz yaşlarına qərq olub. Həyatının ən böyük hədiyyəsi bu olduğunu dilə gətirən Vüsal müəllim, sevincini dostları və tanışları ilə bölüşmək qərarına gəlib. Restoranda təşkil olunan ziyafət məclisində ölkənin tanınmış iş adamları, müğənnilər həmçinin media nümayəndələri  iştirak edib. Məclis iştirakçıları iş adamı Vüsal müəllimə xoş arzularını və diləklərini çatdırıblar.
Geri qayıt