Mikayıl Cabbarov Aparat rəhbərini işdən çıxartdı

Mikayıl Cabbarov Aparat rəhbərini işdən çıxartdı Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev vəzifəsindən azad olunub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Belə ki, F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini vəzifəsinə təyinat alıb.

"Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə isə hələ ki, təyinat olmayıb", - deyə, C.Valehov əlavə edib.

Xatırladaq ki, F.Rzayev Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunmuşdu.
Geri qayıt