Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

Bu barədə haqqin.az saytı məlumat yayıb.
Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Daha sonra ailə ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətləri qənaətbəxşdir