Azərbaycan-Rusiya sərhədində - Əməliyyat

Azərbaycan-Rusiya sərhədində - Əməliyyat Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında "Sərhəd-sipər" əməliyyatlarına başlanıb.

Genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal rayonlarında keçirilir. Rayonların girişində polis postları qurulub. Əməliyyatların iyun ayının 4-dək davam etməsi planlaşdırılır.

Əməliyyatlar Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Geri qayıt