Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+)

Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+) Xəbər verdiyimiz kimi, ötən gün 64 yaşlı Ramiz Manafov adlı vətəndaş Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək özünü yandırıb.

Bədəninin 95%-i yanan Ramiz Manafov Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin olduqca ağır olduğu bildirilib.

Hadisə zamanı çəkilmiş özəl video göndərilib. Hadisə şahidlərinin çəkdiyi görüntülərdə Ramiz Manafovun bankdan çıxar çıxmaz özünü yandırdığı görünür. Videonu çəkən şəxs onun söndürüldüyünü və təəcili tibbi yardıma xəbər verdiklərini bildirib.

Qeyd edək ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə hesablamayacaqlarını qeyd ediblər.

Həmin görüntüləri təqdim edirik. Ürəyi zəyif olanların izləməməsi məsləhət görülür:
[media=http:///www.youtube.com/watch?v=_nSIejIuDkk]
Geri qayıt