Quran kursları ilə bağlı xəbərdarlıq

Quran kursları ilə bağlı xəbərdarlıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qanunsuz Quran kursları ilə bağlı xəbərdarlıq edib.
M.Qurbanlı bildirib ki, dövlət Quran kurslarının olmasına etiraz etmir: “Lakin Quran kursları yalnız məscidlər daxilində olmalıdır və Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə alınmalıdır. Evlərdə Quran kursları təşkil etmək olmaz”.

M.Qurbanlı qeyd edib ki, QMİ-dən icazəsiz Quran kursları açan insanlar qanunla üz-üzə qalacaqlar:

“Quran kursu adı altında heç bir səlahiyyəti olmayan adam gəncləri hansısa radikal qrupa yönəldə bilər. Bu baxımdan rəsmi icazə olmadan Quran kursu təşkil etmək qətiyyən yolverilməzdir”.
Geri qayıt