Sahibkar “Tarqovı”dakı məşhur kafeni məhkəməyə verdi
Paytaxtın mərkəzində, “Tarqovı”da yerləşən “Travelers Coffee” kafesi məhkəməyə verilib.
Kafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail rayon məhkəməsinə müraciət edərək “Travelers Coffee Limited” şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.
Sahibkar V.Məmmədov kafe rəhbərliyinin icarə haqqını ödəmədiyini bildirib və yığılan icarə haqlarının ödənilməsini tələb edib.
Səbail rayon məhkəməsi V.Məmmədovu iddiasını qismən təmin edib. “Travelers Coffee” qərardan apellyasiya şikayəti verib.
İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.
Geri qayıtKafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail rayon məhkəməsinə müraciət edərək “Travelers Coffee Limited” şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.