Xüsusi karantin rejiminin vaxtı UZADILDI

Xüsusi karantin rejiminin vaxtı UZADILDI Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Xalqxeber.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 1-i saat 06:00-dək uzadılıb.
 
Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.
Geri qayıt