Təkərləri boşalmış, mühərriksiz “London taksi”ləri: Niyə qarajlarda çürüdülür? (VİDEO)

Bu barədə “ARB Xəbər” məlumat yayıb.
Xəbərə görə, taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda cürüməkdədir.
Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib ki, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbat azalması səbəbindən bu avtomobillər qarajlarda qalıb.
Lakin taksi sürücüləri sözügedən avtomobillərin icarəsinin baha olduğu üçün onlardan imtina edildiyini bildiriblər.
Sürücülər qiymətlərin sərfəli olduğu halda bu maşınlara da tələbatın artacağını deyirlər.
Daha ətraflı süjetdə: