Yasamalda daha bir narazılıq... - Keçmiş «Məhsul» stadionunun idman qurğuları niyə sökülür?

Yasamalda daha bir narazılıq... - Keçmiş «Məhsul» stadionunun idman qurğuları niyə sökülür? Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionundakı (keçmiş «Məhsul» stadionu) bəzi idman qurğuları sökülüb.
Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib. Vəziyyətlə yerində tanış olmaq üçün əməkdaşımız sözügedən ünvanda olub. Stadionda idmanla məşğul olan gənclərlə, gəzişən ağsaqqallarla söhbət edib.
Məsələyə aydınlıq gətirən Yasamal rayon sakini Kərəm Əhmədov idman qurğularının qanunsuz sökülməsi ilə bağlı narahatlığını ifadə edib: «Bu ərazidə yaşayan gənclər, ağsaqqallar müntəzəm olaraq stadionda idmanla məşğul olur, piyada yeriyirik. İdman, gəzinti bizə təkcə sağlamlıq deyil, eyni zamanda çoxlu dostlar qazandırır. Lakin sağlamlığımızı qoruyan qurğuların sökülməsi bizi çox narahat edir. Vəziyyətlə maraqlandıq. Gəzən söz-söhbətlərə görə, stadionun ərazisi satılıb və burada yaşayış binası tikiləcək».
Qeyd edək ki, əməkdaşımız sökülən idman qurğularının ərazidəki hasarın dibinə yığıldığını görüb. Sakinlər bildiriblər ki, idman qurğularının sökülməsinin qarşısını almaq üçün Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin rəhbərliyinə dəfələrlə şikayət etsələr də, məsələyə reaksiya verən olmayıb. Bütün bunlara baxmayaraq, sakinlər sökülən idman qurğularının bərpa edilməsini tələb ediblər.
Əməkdaşımızın gəlişindən xəbər tutan stadionun işçiləri ona yaxınlaşıb nədən söhbət getdiyini soruşublar. Bildikdə ki, söhbət sökülmüş idman qurğularından gedir, stadionun işçiləri əməkdaşımızı sakinlərin şikayətinin əsassız olduğunu inandırmağa cəhd ediblər. Özünü stadionun məsul işçisi kimi təqdim edən Əlövsət adlı şəxs (nədənsə, soyadını söyləməkdən çəkinib – red.) ərazidə təmir işləri aparılacağını və idman qurğularının bu səbədən söküldüyünü bildirib.
Sakinlər isə Əlövsət adlı şəxsin dediklərinə etirazını bildiriblər: «Əslində, heç bir təmirdən söhbət getmir. Bunların məqsədi stadiona gəlməyimizin qarşısını almaqdır».
Sakinlər qeyd ediblər ki, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda baş verən özbaşınalığın qarşısının alınması üçün daha yüksək instansiyaların köməyinə böyük ehtiyac var: «Ümidvarıq ki, bu qanunsuzluğun qarşısının alınması və sökülən idman qurğularının geri qaytarılması, yenidən bərpa edilməsi üçün aidiyyəti orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək».

«Təzadlar»

Geri qayıt