Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə kim icazə verib? - Rüşvət iddiası

Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintiyə kim icazə verib? - Rüşvət iddiası "Saray ərazisində torpaq sahəsi var, orda nəşriyyata anbar tikmək istəyirəm. Amma gördüyüm qədərilə icazə məsələsi müşküldür. Abşeron İcra hakimiyyətinə məktubla müraciət etmişəm, köməkçisi ilə bir neçə dəfə telefonla danışmışam, anladığım qədərilə düzələnə oxşamır. Məktuba cavab gəlməyib, köməkçi də hər dəfə əlaqə saxlayacam deyir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
 
“Kənardan mənə deyirlər ki, get pulunu ver, işini gör. Yox, belə istəmirəm. Rəsmi, dövlətin rüsumu, vergisi nədirsə onu edim, amma kiməsə rüşvət vermək fikrində deyiləm. Oralar kənd təsərrüfatı təyinatlı torpaqlardır, təyinatı dəyişmək mümkün deyil, deyirlər. Məhz rüşvət də buna görə verilməlidir. O ətrafda hər yan tikilib, tikilməkdə də davam edir. Faktiki olar təyinatına uyğun bir qarış belə torpaq tapmazsan. Artıq xeyli vaxtdır sanki dalana dirənmişəm. İndi, bu vəziyyətdə mən nə etməliyəm, hara müracət etməliyəm? Necə edim ki, rüşvət ödəmədən, əsəb itirmədən, qapılar dalında boyun bükmədən vicdanlı bir vətəndaş kimi vergini, rüsumu ödəyib  tikintiyə icazə alım?” – Ş.Xuduoğlu bildirib.
Geri qayıt