“Rahat Nəfəs” MTK vətəndaşları NECƏ ALDADIB... - NARAZILIQ!

“Rahat Nəfəs” MTK vətəndaşları NECƏ ALDADIB... - NARAZILIQ! Bir qrup vətəndaş “Rahat Nəfəs” MTK tərəfindən aldadıldığını iddia edir.

Baku TV-yə müraciət edən şikayətçilər Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən binada mənzil sahibi olmaq istəsələr də, bu onlara qismət olmayıb. Hətta tikinti şirkətinə tam qanuni yolla, yəni notariusla pul da ödəyiblər.

Problemə aydınlıq gətirmək üçün elə şikayətçilərlə birlikdə tikinti şirkətinin ofisinə üz tutduq. Bizi özünü şirkətin rəhbəri kimi təqdim edən Yelena Hacıyeva qarşıladı və suallarımızı cavablandırdı. Vətəndaşlar sözügedən şirkətin alqı-satqıya dair sənədlərinin dolayı yollarla onlardan alındığını iddia edir.

Hüquqşünas Tural Şükürov məsələyə münasibət bildirərkən qeyd edib ki, dələduzluq edilərək vətəndaşın pulu mənimsənilibsə, bu cinayətdir və vətəndaşlar bununla bağlı prokurorluq orqanlarına müraciət etməlidirlər.

Ətraflı süjeti təqdim edirik:

Geri qayıt