Nəhayət, BNA hesabat verdi - Zərərə işləyirmiş

Bu barədə qurumun maliyyə hesabatında bildirilib.
Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib. Agentliyin xərcləri isə 32,224 milyon manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1,659 milyon manat, amortizasiya xərcləri 8,132 milyon manat, əməliyyat xərcləri 16,416 milyon manat, digər xərcləri isə 6,019 milyon manat təşkil edib.
2019-cu il yanvarın 1-nə BNA-nın aktivləri 139,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139,616 milyon manata çatıb, o cümlədən 49,068 milyon manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134,73 milyon manat olub.