Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb. Bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb. Xoşbəxt Ağayevanın yerinə müvafiq əmrlə Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədov təyin edilib.