Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO

Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.
Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Daçnikov” çimərliyə gedən girişi vətəndaşlar üçün hasarlanıb.
Çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb.
Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.

Baku.ws

Geri qayıt