Baş Prokurorluqdan TƏBİB-in xəstəxanlarında aşkarlanan nöqsanlarla bağlı AÇIQLAMA

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon Prokurorluqlarına göndərilib.
"Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Mətbuat xidmətindən bildirilib.