Qarabağ müharibəsində nə qədər itkin düşmüş şəxs var? - Siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir

Qarabağ müharibəsində nə qədər itkin düşmüş şəxs var? - Siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirmə yekunlaşmaq üzrədir.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd edilib.

Məlumata əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin axtarışı ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə itkin düşmüş şəxslərə dair siyahıda dəqiqləşdirilmə işi yekunlaşmaq üzrədir. Qeyd olunanlarla əlaqədar, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş yaxınlarının qeydiyyatı üçün Dövlət Komissiyasına müraciət etməmiş vətəndaşlardan qısa müddətdə İşçi qrupuna məlumat vermələri xahiş olunur.
Geri qayıt