Bu axşam elektrik qatarları pulsuzdur

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətiə istinadən məlumata görə, 12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra "Koroğlu" - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS" markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.