"Vəkiloğlu” MMC-yə məxsus günəbaxan tumlarından qurd çıxdı... - FOTO

Vətəndaşlar bildiriblər ki, “Sərfəli” günəbaxan tumları elə də keyfiyyətli deyil və ona görə də 20 qəpiyə təklif olunur. Ancaq qiyməti ucuz olsa da bu o demək deyil ki, günəbaxan tumlarının içindən qurd çıxmalıdır. Ümid edirik ki, “Vəkiloğlu” MMC bununla bağlı tədbir görəcək. Çünki hər dəfə bu cür xoşagəlməz hadisənin baş verməsi minlərlə müştərinin itirilməsi deməkdir.
Qeyd edək ki, “Vəkiloğlu” MMC Tərtər rayonunda yerləşir. “Sərfəli” günəbaxan tumlarının saxlanma müddəti isə 40 gündür.
