“Azneft”in özülündə təhlükə - İşçilər evakuasiya olundu

“Azneft”in özülündə təhlükə - İşçilər evakuasiya olundu Ötən gün axşam saatlarında "Azneft" İstehsalat Birliyinin "28 May" Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) 7 saylı özülündə quyu açıq fontana keçib.

Bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib. Bildirib ki, işçilərin çoxu evakuasiya olunub.

QHT rəhbəri onu da bildirib ki, "SOCAR-AQŞ" şirkətinin qazma briqadası və "28 May" NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.
Geri qayıt