"Yeni Klinika”: Arif Quliyevin səhhətində ciddi irəliləyiş yoxdur

"Yeni Klinika”: Arif Quliyevin səhhətində ciddi irəliləyiş yoxdur "Arif Quliyevin vəziyyəti ağır stabil olaraq qalmaqda davam edir, səhhətində elə bir ciddi irəliləyiş yoxdur”.
Bunu açıqlamasında “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.
O, aktyorun ağciyərlərinin səksən-doxsan faiz buzlaşdığını deyib: “Hazırda süni tənəffüs aparatındadır, intensiv müalicəsi davam edir. Hər şey zamandan asılıdır”.
Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə edilir.
Geri qayıt