Arağa “Ramazan endirimi” tətbiq edən “Bravo”da piştaxta boşaldıldı - FOTO

Arağa “Ramazan endirimi” tətbiq edən “Bravo”da piştaxta boşaldıldı - FOTO "Bravo” mağazalar şəbəkəsində spirtli içkilərə tətbiq edilən “Ramazan endirimləri”nin sosial şəbəkədə paylaşılması böyük səs-küyə səbəb olub.

Bakupost.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqidlərlə üzləşən və addığı addımın mahiyyətini, deyəsən, yalnız bundan sonra anlayan “Bravo” şəbəkəsinin sözügedən mağazası “Razaman endirimi” piştaxtasından spurtli içkiləri yığışdırıb. Ancaq nə qədər qəribə də olsa, yığışdırdığı spirtli içkilərin yerinə Ramazanda daha çox istifadəsi məqsədəuyğun sayılan qidaları “düzməyi”, Ramazana aid qidalara endirim etməyi “unudub”.

Sosial şəbəkə istifadəçiləri isə “Bravo” supermarketlər şəbəkəsinin üzr istəyənə qədər tənqidləri davam etdirəcəklərini bildirirlər.

Geri qayıt