“Memar İnşaat-2017” MMC-dən Prokurorluğa ŞİKAYƏT OLUNACAQ - Tikinti məqsədilə ağacları kəsiblər

Xidmətin rəsmisi Vaqif Cavadov DİA.AZ-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2 280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".