Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı- “Avrasiya Hospistal”da

Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı- “Avrasiya Hospistal”da Biləsuvar rayon sakini Ülvi Quliyev “Avrasiya Hospistal”da pasietnlərə göstərilən xidmətdən şikayət edib.
O, müraciət edərək bildirib ki, klinikanın bəzi personalları xəstələrə lazimı səviyyədə xidmət göstərmir, əksinə, onlara qarşı kobud rəftar nümayiş etdirirlər: “Belə ki, martın 26-da qardaşım Rəvan Quliyevin öd kisəsi əməliyyatı üçün 1000 manat pul ödəmişəm. Elə həmin gün əməliyyat baş tutub. Mayın 5- də mənə klinkadan zəng edib deyirlər ki, pulu ödəməmisiniz. İzah etmişəm ki, ödəmişik, əlimizdə çek də var. Bundan sonra xəstəxananın “Qaynar Xətti”nə zəng vurduq. Əməliyyat meneceri bizə ümumiyyətlə belə bir xəstənin əməliyyat olmadığı bildirərək özünü haqlı çıxarmağa başladı. Kobud ifadələrə yer verdi.
Bu gün də klinikaya qan analizi verməyə gəlmişik. Pulumuzu da ödəmişik. Yenə növbədə dayanarkən xidməti personal növbəyə girərək bizə qarşı mədəniyyətsiz ifadələr işlətdi. Halbuki biz pulumuzu veririk, qarşılığında isə bizə yüksək səviyyədə xidmət göstərilməlidir. Baş həkim əvəzi olan Azər müəllimə də məsələni izah etmişik. O həmin işçilər barəsində tədbir görəcəyini bildirdi”.
Məsələ ilə bağlı klinikaya müraciət etdik. Klinikanın baş həkim əvəzi Azər Nağıyev bildirib ki, şikayətçi olan Ülvi Quliyevlə bu gün səhər görüşüb: “Mən onların narazılığını dinlədim. Bir qədər əsəbi idilər. Xidmət olan yerdə yaxşı servis göstərilməlidir. Ancaq təəssüf ki, klinikanım bəzi işçiləri ilə bağlı xoşagəlməz məqamlar olub. Bura səhiyyə müəssisəsidir. Elə hallara yol verilməməlidir. Mən buna görə əməliyyatxananın sanitar işçisi Xatirə xanımı bu gün işdən azad etdim. Çünki o, növbə zamanı gözləyən xəstələrə müdaxilə edib. Orada səs-küy yaradıb. Bu müşahidə kameralarına da düşüb. O cümlədən, şikayətçinin narazı qaldığı qəbul şöbəsində əyləşən resepşnla, əməliyyatxananın baş meneceri də cəzalandırılıb”.
Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı- “Avrasiya Hospistal”da
Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı- “Avrasiya Hospistal”da
Pasient şikayət etdi, klinikanın əməkdaşları cəzalandırıldı- “Avrasiya Hospistal”da

qafqazinfo.az
Geri qayıt