Gənclər və İdman Nazirliyinin balansındakı arena BƏRBAD VƏZİYYƏTDƏ - FOTO

Gənclər və İdman Nazirliyinin balansındakı arena BƏRBAD VƏZİYYƏTDƏ - FOTO Daha bir stadion bərbad vəziyyətə düşüb.

Unikal.org-un məlumatına görə, Sumqayıtda 67 illik tarixi olan və şəhərin ikinci ən böyük arenası hesab edilən“İnşaatçı” stadionu uzun illərdinəzarətsiz qalıb.

10 minlik tamaşaçı tutumu olan stadionun tribunalarındakı oturacaqlardan əsər-əlamət yoxdur. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların yerində isə yaşayış evləri tikilib.

Qeyd edək ki, 1954-cü ildə inşa edilən stadion Gənclər və İdman Nazirliyinin balansındadır.






Geri qayıt