Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR! Oqtay Şirəliyev Səhiyyə naziri təyin ediləndən Azərbaycan səhiyyəsinin inkişafı dalana dirənib. Azərbaycan səhiyyəsinin acınacaqlı durumda olması barədə çox yazılıb. Koronavirus pandemiyası dövründə isə bu özünü daha açıq şəkildə biruzə verdi. Pandemiyanın hələ ilk günlərindən məlum oldu ki, Azərbaycan səhiyyəsi probemin qarşısında acizdir. Ötən gün yayılan bir məlumat da dediklətimizi təsdiq edir. Söhbət türkiyəli iş adamı Surur Aydının Azərbaycanda koronavirusa yoluxmasından gedir. Anaxeber.info yazır ki, Türkiyə KİV-inin yaydığı məlumata görə, iş adamı, toxum istehsalı və ixracı ilə məşğul olan Surur Aydın ixracla bağlı danışıqlar aparmaq üçün Azərbaycanda səfərdə olarkən Bakıda koronavirusa yaxalanıb. Gaziantepdə fəaliyyət göstərən şirkətin sahibi olan Aydın özünü pis hiss edib və Bakıdakı xəstəxanalardan birinə müraciət edərək test verib. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb. Surur Aydın Bakıda müalicə olunmaq istəməyib və müalicəsinin Türkiyədə aparılmasını istəyib. Türkiyə İxracatçılar Məclisinin başqanı İsmayıl Güllenin təşəbbüsü ilə onun ölkəsinə aparılması üçün Türkiyənin Səhiyyə Nazirliyi ambulans-təyyarə ayırıb. Təyyarə ilə Bakıdan Gaziantepə aparılan Surur Aydın orada xəstəxanaya yerləşdirilib. İş adamının Azərbaycanda koronavirusa yoluxması bir yana, onun ölkəmizin səhiyyəsinə etibar etməməsi utancverici haldır. Oqtay Şirəliyevin bu barədə düşünəcəyi inandırıcı görünmür. Amma ölkə rəhbərliyinin nəhayət, səhiyyə kimi məsuliyyətli sahəyə ciddi diqqət ayırmasının vaxtı çatıb. Yoxsa bu sahəyə məsul olanların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan biabır olmaqda davam edəcək.

Anaxeber.info
Geri qayıt