Sahil Babayevin 1 686 əməkdaşı CƏZALANDIRILDI

Sahil Babayevin 1 686 əməkdaşı CƏZALANDIRILDI Son üç il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 686 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.
Bu barədə nazirliyin üç illik fəaliyyətinə dair hesabatında bildirilib.
Qeyd olunub ki, ötən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayında ötən illə müqayisədə azalma olub. Belə ki, keçən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayı 446 nəfər təşkil edib. Bu rəqəm 2019-cu il üçün 556, 2018-ci il üzrə isə 684 olub.
Bundan başqa, üç il üçün 88 hal üçün iş Baş prokurorluğa təqdim olunub. Onlardan 56-sı keçən il, 28-i 2019-cu il, 4-ü isə 2018-ci il üçün qeydə alınıb.
Geri qayıt