"Akkord" CƏRİMƏLƏNDİ

"Akkord" CƏRİMƏLƏNDİ Dövlət Yol Polisi (DYP) "Akkord İnşaat Sənaye" MMC barəsində inzibati qaydada protokol tərtib edib.
Tərtib edilən protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə hakim Tural Ələkbərovun sədrliyi ilə baxılacaq.
Şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Geri qayıt