Bakıda bu tikinti şirkəti CƏRİMƏLƏNDİ

Bakıda bu tikinti şirkəti CƏRİMƏLƏNDİ Dövlət Yol Polisi (DYP) "AS İnşaat-N" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib edib.
Protokolla bağlı qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.
Sözügedən şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Geri qayıt