"AS İnşaat" banklara köçürməli olduğu vəsaitdən YAYINIB

"AS İnşaat" banklara köçürməli olduğu vəsaitdən YAYINIB Dövlət Gömrük Komitəsi (DGK) "AS İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) əsasən tərtib olunan protokol baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib. İşə hakim Toğrul Əliyevin sədrliyi ilə baxılacaq.

Sözügedən xətanın törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Geri qayıt