İcra başçısı idarə müdirini bu əməlinə görə işdən azad etdi – GƏLİŞMƏ

İcra başçısı idarə müdirini bu əməlinə görə işdən azad etdi – GƏLİŞMƏ Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayev rayonun Yaşıllaşdırma İdarəsinin müdiri Nizami Vəliyevi işdən azad edib.
RealMedia.az-ın bu əsnada əldə etdiyi informasiyalarda bildirilir ki, icra başçısının Nizami Vəliyevi işdən azad etməsinə əsas səbəb onun işinin öhdəsində gələ bilməməsi, ələlxüsusda maliyyə maxinasiyası ilə məşğul olması, əmək kollektivi arasında ciddi narazılıqlar yaratmasıdır. Hətta o da bildirilir ki, bir neçə ay əvvəl Yaşıllaşdırma İdarəsinin işçiləri Nizami Vəliyevin əndazəni aşan qanunsuz əməlləri barədə istintaq təqibi və hüquq mühafizə olranlarına şikayətlər ediblər.
Bu günləri isə icra başçısının Nizami Vəliyevi işdən azad etməsi əmək kollektivi tərəfindən təqdir edilir. Və buna görə, onlar icra başçısına təşəkkürlərini ifadə edirlər.
RealMedia.az olaraq sonda onu da qeyd edək ki, bir müddət əvvəl saytımıza daxil olan məlumatlarda Nizami Vəliyevin Beyləqan Zona Baytarlıq Labarotoriyasının müdiri vəzifəsində işləyərkən, laboratoriyanın balansında olan 15 ədəd süni mayalanma aparatılarını, bir ədəd lafeti, (qoşqu vasitəsi) idarəyə məxsus başqa labarotor cihazları sataraq, 42 min manat vəsaiti mənimsədiyi bildirilirdi.
Qeyd edək ki, Nizami Vəliyev səkkiz ay idi ki, Beyləqan rayon Yaşıllaşdırma İdarəsinə müdir təyin edilmişdir.
İcra başçısı idarə müdirini bu əməlinə görə işdən azad etdi – GƏLİŞMƏ
Geri qayıt