DİN "Nba Technologies" şirkətini CƏRİMƏLƏDİ

DİN "Nba Technologies" şirkətini CƏRİMƏLƏDİ Dövlət Yol Polisi (DYP) "Nba Technologies İnternational" MMC barəsində inzibati qaydada protokol tərtib edib.

Tərtib edilən protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Nba Technologies" e-kassanın satışını həyata keçirən şirkətdir.
Geri qayıt