"Şəhid ailələrinə 44 milyon manat sığorta ödənişləri verilib" - Əli Əsədov

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərin 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib.