"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular - Videoreportaj

"İcra başçısı özünü qanundan üstün sayır"- Nəsimidə gecə ilə evləri sökən qoçular - Videoreportaj Nəsimi rayonunda tikinti şirkətlərinin özbaşınalığı davam edir. Gecə ilə evlər sökülür, məhkəmə qərarı olmadan vətəndaşların əmlakı darmadağın edilir.

Musavat.com bu mövzuları bir neçə dəfə ictimailəşdirib. Amma nə icra hakimiyyəti, nə müvafiq qurumlar, nə də tikinti şirkəti vətəndaşların problemini həll etmir.

Aylardır evlərindən çıxarılan vətəndaşlarla heç kim maraqlanmır. Nəsimi Rayon İcra hakimiyyəti isə bütün bu baş verənlərə göz yumur.

Narazı vətəndaş Mansur Ələkbərov deyir ki, icra başçısı Asif Əsgərov rayonu öz "qanunları" ilə idarə edir: "Özlərini qanundan üstün sayırlar".

Mülkiyyət hüququ pozulan, tikinti şirkətinin təklifi ilə razı olmadığı halda evi sökülən vətəndaşlar yeganə çıxış yolunu ölkə başçısına müraciət etməkdə görürlər.

Qeyd edək ki, adı çəkilən tikinti şirkətlərinin özbaşınalığı bununla bitmir. Növbəti reportajlarımızda vətəndaşları naraht edən bu mövzunu gündəmdə saxlayacağıq.

Mövzu ilə bağlı videoreportajı təqdim edirik:

Geri qayıt