Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR

Maliyyə nazirindən ezamiyyə xərcləri ilə bağlı QƏRAR Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli qərarı ilə təsdiqlənmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Maliyyə naziri Samir Şərifov müvafiq qərar imzalayıb.

Qərarda mehmanxana xərcləri ilə bağlı da məsələ yeni redaksiyada verilib.

Belə ki, işçiyə mehmanxana xərcləri onun ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün verilməsi nəzərdə tutulur. Lakin burada işçinin yolda olduğu müddət nəzərə alınmır.

Məbləğ Azərbaycan ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarındadır.

Bu zamana qədər isə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilirdi.
Geri qayıt