Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - Siyahı

Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - Siyahı Məhkəmə-Hüquq Şurası qanunvericiliyin tələblərinin pozulmasına görə bir neçə hakimi cəzalandırıb.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib.

Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.
Geri qayıt