Sumqayıtın analoqsuz inkişafı budurmu? - GİLEY

Sumqayıtın analoqsuz inkişafı budurmu? - GİLEY - "Hörmətli redaksiya dəfələrlə dövlət TV kanallarında guya Sumqayıtda Nəqliyyat İnfrastrukturunun inkişaf edtdiyi barədə yalançı publikaya hesablanmış reklam xarakterli görüntüləri görmüşük. Lakin bütün bunlar şəhər İcra Hakimiyyətinin tabeliyində olan Sumqayıt Nəqliyyatı kimi yağlı tikənin əldən çıxıb Bakı Nəqliyyat Agentliyinə birləşdirilməsinin qarşısının alınması üçün görülmüş qabaqlayıcı addımlardır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Daha sonra məqalədə bildirilir: "İllərdir büdcə hesabına milyonlarla manata başa gəlmiş şəhərdaxili avtobusların kredit borcu ödənilməsə də sürücülərin göndəlik plan artımlarına etiraz edərək işə çıxmamalarının dəfələrlə şahidi olmuşuq. Gəlirlə işləyən bir müəssisənin rəsmi sənədlərdə rentabelsiz kimi görsənməsinin bəs səbəbi nədir?
Səbəb sadədir, Bakı Nəqliyyatında hər görülən iş ictimai maraqlar naminə edilirsə Sumqayıt şəhərində hər bir görülən işin ilk növbədə Kommersiya maraqları güdülür. Fakt göz qabağındadır:
Bakı şəhərindəki Avtobuslarda zavod istehsalı olan tv monitorlar mövcuddur ki bu monitorlarda da Hərbi Vətənpərvərlik, Koronovirusdan qorunma yolları, Yol Hərəkəti qaydaları, Yaşlılara hörmət, Təmiz şəhər və s. Sosial videoçarxlar gündəlik yayımlansa da Sumqayıtda şəxsi kommersiya maraqlarını güdən Nəqliyyat şefi kustar üsüllarla mənzil şəraiti üçün nəzərdə tutulmuş sabit 220 V cərəyanla çalışan və qısaca desək avtobusların motorunu sıradan çıxarmaqla evini yıxan televizor monitorlarını quraşdıraraq yalnız biznes obyektlərinin ödəniş hesabına reklam olunması ilə məşğuldur. Heç bir texniki göstəricilərə cavab verməyən bu monitorlarda 1 dənə də olsa Sosial reklam roliki burada yayımlanmır çünki ödənişlidir.
Bakı şəhərindəki Avtobusların salonlarında tavan hissədə müxtəlif sosial xarakterli lövhələr təbliğ olunsa da Sumqayıtda avtobus salonlarını biznes reklamları bürüyüb bir dənə də sosial reklam yayımı yoxdur.
Eləcə də dayanacaqlar. Baki şəhərində 2000 dən çox dayanacaqların 1 dənəsində də olsun biznes reklamı mövcud deyil. Sumqayıtda isə əksinə dayanacaqları yalnız taksi reklamları bəzəyib.
Bax elə bunlara görə də dövlət zəmanəti ilə büdcəmizə milyonlar hesabına başa gəlmiş şəhər avtobuslarının kredit borcu gələcək nəsillərin boynuna yük kimi düşür. Çanki hələ pul qazanmaq vaxtıdır".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt