Qaçqından 1100 manat “cərimə haqqı” tələb edilir - NARAZILIQ!

Qaçqından 1100 manat “cərimə haqqı” tələb edilir - NARAZILIQ! "“Azərişıq” ASC -nin Sabunçu işıq idarəsinin Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 44a, m. 4 ünvanında məskunlaşan Ermənistanın Masis rayonundan qaçqın Məmmədovlar ailəsinə qarşı “işıq (cəriməsi) reketliyi” 13 ildir sürür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Ailənin başçısı 13 il qabaq çörəkpulu qazanmaq üçün Rusiyada fəhləlik edəndə Sabunçu işıq idarəsinin 3 işçisi gecə ilə 3 körpə uşaqlı ailənin evinə hasardan keçib və evin xanımına 1100 manat cərimə yazıblar ki, guya qaçqın, üç körpə uşaqlı ana gizlin xətt çəkib. Təranə Məmmədovanın Sabunçu məhkəməsində qaldırdığı iddianı hakim Elşən Kazımov icraata götürüb, amma cavabdehin rüşvətilə bir aydan sonra Nəsimi məhkəməsinə göndərib. Bu məhkəmənin hakimi Xumar Mərdanova (hazırda Bakı Apellyasiya Məhkəməsinə “yüksəlib”) yenə cavabdehin qeyri-prosessual təzyiqi ilə işi İnzibati-İqtisadi məhkəməyə yönləndirib. Sözügedən məhkəmə də geri qaytarıb ki , istehlakçı hüquqlarımı müdafiəsi ilə bağlı iddialara ümumi məhkəmə baxır. Xumar Mərdanova bu yol cavabdehə vəkilliyin başqa variantını işə salıb . İddiaçı xanıma hakim xanım heç bir akt qəbul etmədən bildirib ki, ona cərimə yazıla bilməz və evin yiyəsi etibarnamə verməsə, adına cərimə yazılan Təranə xanımın iddiaçı kimi tanınması mümkün deyil. Məhkəmə hakiminin cavabdeh “Azərişıq”la qeyri-prosessual ilişgisinə fikir verin! 3 aydır icraatda olan iddianı it-bata salıb ki, iddiaçıya cərimə qanunsuz yazılıb! Bəs elə, məhkəmənin də görəvi odur ki, bu qanunsuzluğa məhkəmə aktı ilə qiymət versin. Axı, cərimə evin yiyəsinə yox, sığınacaq verdiyi şəxsə yazılıb ! (?) Nəsimi məhkəməsinin keçmiş, Bakı Apellyasiya Məhkəməsinin hazırkı hakimi Xumar Mərdanova bununla vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoyduğunu dərk etmir? Onu da vurğulayaq ki, Xumar Mərdanova Bakı Apellyasiya Məhkəməsində də aztəminatlı şəxslərin ( , məsələn , Qarabağ qazisinin pensiyasını qanuni qüvvəyə minmiş məhkəmə qərarı və icra sənədi olmadan “yeyən” ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ) iddialarını mümkün saymamaqda ad çıxarıb.

İndi 13 ildir hər ay Sabunçu işıq idarəsinin “reketləri” qaçqın ailəsindən 1100 manat “cərimə haqqı” tələb edir və işığı kəsib gedirlər. Bu gün -19 fevral 2021-ci ildə yenə də hələ 40-ı çıxmayan körpə uşaqlı ailənin işığını kəsiblər. Zavallı qaçqın ailəsi bilmir nə etsin :Məhkəmə iddiasına, hüquq mühafizə orqanları şikayətlərinə baxmır. Görək, Ombudsman, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Xidməti , enerji sahəsində istehlakçıların hüquqlarının müdafiəsinə cavabdeh olan Energetika Nazirliyi və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyi və millətə vəkil edilən “millət-dövlət ittihamçıları” nə deyəcək? Ümid edək ki, körpə uşaqlı ailələrin dövlətə yük olmasının dərdini çəkməzlər".

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Geri qayıt