"Müharibə əlilinin əmlakı zəbt olundu: Özünə qəst etmək dərəcəsinə gətiriblər - VİDEO

"Müharibə əlilinin əmlakı zəbt olundu: Özünə qəst etmək dərəcəsinə gətiriblər - VİDEO "Bir müddətdir ki, öz zəhmətimlə tikib-yaratdığım kafə qanunsuz zəbt olunub. Məsələ ilə bağlı hələlik heç bir ciddi tədbir görünlmür." Bu sözləri Azerbaycanrealligi.com-a müraciət edən 2-ci qrup müharibə əlili Cəlilov Anar İlyas oğlu bildirib. Onun sözlərinə görə, bu problemlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, qarşı tərədəfə heç bir irad bildirilmir və əksinə olaraq onların fəaliiyət göstərməsi üçün imkanlar yaradılır:

"Obyektim əlimdən alınıb. Pandemiya zamanı bütün obtektlər kimi mənimki də bağlandı. Amma sonradan hər yer açılanda mənim obyektim artıq zəbt olunmuşdu. "Ampa" ləqəbli bir insan bu qanunsuz zəbtetmə əməlin yerinə yetirsə də, hələlik ona qarşı bir tədbir görülməyib. Daha sonra Cəlilov Anarın yaxın qohumu Kəmaləddin Qədim məsələ haqqında bunları deyib:

"Mən Anarla qohumam və bu məsələ haqqında yeni məlumat almışam. Onu da bildirib ki, müharibə zamanı Sədərəkdə ağır yaralanan Anar ağır xəsarət alıb. Belə ki, ağır artileriyadan açılan atəş nəticəsində günlərlə torpağın altında qalıb. Eyni zamanda ailə üzvləri də ciddi zərbələr alıb. Belə bir insanı artıq özünə qəst etmək dərəcəsinə gətiriblər. "Ampa" ləqəbli bir vətənda. qanunsuz onun mülkinə daxil olaraq, zəbt edib. Hara gedirik, kimə müraciət ediriksə, heç bir xeyri yoxdur. Səbəb onu göstərir ki, guya Anarın qardaşı adıçəkilən Ampadan 100000 azn-dən artıq pul borca alıb və buna görə də Anarın mülkü zəbt olunub. Azərbaycan hüquqi dövlətdir və burada hər hansı bir vətəndaşın borcunu və ya öhdəliyini onun qardaşından tələb etmirlər. Həm də heç bir alqı-satqı olmadan onlar belə bir qanunsuzluq edərək, kafeyə daxil olublar.

Sonda haqsızlığa məruz qalan vətəndaşlar prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, onlara qarşı olunan bu haqsızlığın həll olunmasına köməklik göstərmələrini xahiş diblər.

Adıçəkilən şəxslərin də mövqeyin işıqlandırmağa hazırıq.

Azerbaycanrealligi.com
Geri qayıt