Zəlzələ nəticəsində onların evləri ciddi xəsarət alsa da... - Şəhid ailəsindən NARAZILIQ

Zəlzələ nəticəsində onların evləri ciddi xəsarət alsa da... - Şəhid ailəsindən NARAZILIQ Ağsu rayon İlxıçı kənd sakini, şəhid anası Hüseynova Alma Ramazan qızı prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Övladı Hüseynov Zaur Emin oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğunu deyən şəhid anası Hüseynova Alma Ramazan qızı rayon rəhbərliyinin biganəliyindən narazıdır.

Şəhid ailəsi bildirir ki, zəlzələ nəticəsində onların evləri ciddi xəsarət alsa da, şəhidin ailəsi ilə maraqlanan yoxdur. Şəhid qardaşı Hüseynov Ənvər evin artıq uçmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirərək, qəzalı evdə 3 azyaşlı uşağın olmasını da bildirib.

Şəhid qardaşı qeyd edib ki, bununla bağlı dəfərlərlə rayon icra hakimiyyətinə müraciət etsələr də, rayon rəhbərliyi tərəfindən onlara diqqət yetirən olmayıb.

Sozcu.az
Geri qayıt