“Azərsun Holdinq” uşaqlara qurdlu "yumurta şokolad" yedirir - FOTOLAR

Dominant.az xəbər verir ki, bunu jurnalist Zaur Əhməd bildirib.
Z.Əhmədin dediyinə görə, sözügedən məhsulu götürərək marketə qayıdıb:
"Müdir müavininə təqdim etdim və yoxlama aparılmasını istədim. Aydın oldu ki, məhsulun son istifadə tarixinə hələ 7 ay qalıb, amma məhsul qurdlayıb. Həmin məhsuldan iki ədədini açdıq və birində eyni cür qurd çıxdı. Market yetkilisi üzrxahlıq edib pulu geri qaytardı və həmin məhsullar vitrindən yığışdırıldı".
"Amma indi kim qarantiya verə bilər ki, 6 yaşlı oğlumun yediyi şokolad yumurtada qurd olmayıb? Azərsun şirkəti nə zamana qədər bu xalqın taleyi ilə oynayacaq? Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi və digər qurumlar hara baxır?", - deyə jurnalist vurğulayıb.

