“Makromart” supermarketlər şəbəkəsi insanları belə aldadır – FOTOFAKT

“Makromart” supermarketlər şəbəkəsi insanları belə aldadır – FOTOFAKT Bakıda supermarkerlərdən birində müştəri aldadılıb.
Emil Əmiraslanov adlı şəhər sakini “Makromart”dan diş məcunu alarkən aldadılıb.
Bu barədə Samir Mirzə adlı bloger paylaşıb edib. Bildirib ki, bu barədə Emil Əmiraslanov özü məlumat verib.
Emil Əmiraslanov sözlərinə görə, aldığı malın vitrindəki qiyməti ilə kassadan ona verilən qəbzin üzərində yazılan qiymət fərqli olub.
Emil Əmiraslanov son günlər sözügedən mənzərə ilə hər gün rastlaşır: “İndicə Nərimanovda Makromart adlı supermarketdən diş məcunu aldım. Qiymət rəfdə 3,30 AZN kassada isə 3,80 AZN çıxdı. Baxın beləcə milləti aldadırlar. Son günlər hər gün rastlaşıram. Xahiş edirəm, bu kimi halları ictimailəşdirək, bəlkə abırları yerinə gəldi!”
Xatırladaq ki, bu kimi hal ilk dəfə müşahidə olunmur.
“Makromart” supermarketlər şəbəkəsi insanları belə aldadır – FOTOFAKT
Geri qayıt