Gömrük şefi 30 milyonluq binada oturacaq, Rusiyada isə – Foto

Gömrük şefi 30 milyonluq binada oturacaq, Rusiyada isə – Foto Dövlət Gömrük Komitəsi üçün 30 milyon manata başa gələcək 17 mərtəbəli yeni inzibati bina tikilir.
Reportyor.info-nun verdiyi məlumata görə, Mərkəzi Bankın 218 milyon avroya özünə inzibati bina inşa etmək planından sonra Dövlət Gömrük Komitəsinin də 30 milyonluq bina arzusu cəmiyyətdə qəzəb doğurub.
Müharibədən çıxan, pandemiyada iqtisadiyyatı böyük zərbələr alan, əhalisinin sosial vəziyyəti pisləşən Azərbaycanın bir komitəsinə 30 milyonluq bina tikilməsi israfçılıq kimi qiymətləndirilir.
Bununla bağlı jurnalist Cavanşir Həsənli maraqlı müqayisə də aparıb. O, Rusiyanı nümunə çəkib və fərqi ortaya qoyub.

Sitat: “Rusiyanın 150 milyona yaxın əhalisi, 17 ölkə ilə birbaşa sərhədi var, iki qitədə yerləşir. Federal Gömrük Xidməti büdcəyə ildə 5728,96 milyard rubl (130 milyard manatdan artıq) köçürür, amma beşmərtəbəli binada fəaliyyət göstərir.
Rusiyadan ərazisi 200 dəfə kiçik, əhalisi 15 dəfə az olan Azərbaycanın Dövlət Gömrük Komitəsinin büdcə köçürmələri 4 milyard manata çatmır.
Di gəl ki, 7 mərtəbəli bina Səfər Mehdiyevə dar gəlir. Gömrük Komitəsi hansı gününə 30 milyon manata başa gələcək 17 mərtəbəli binada oturmalıdır?!”
C.Həsəni qeyd edib ki, qonşu Gürcüstanda gömrük xidməti Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin nəzdində departament kimi fəaliyyət göstərir:
“Ümumiyyətlə dünyanın bir çox ölkələrində gömrük xidmətinin fəaliyyəti dövlət maliyyə və ya vergi orqanlarının nəzdində department səviyyəsində tənzimlənir”.
Amma yox, kabinet generalı Səfər Mehdiyev rus həmkarından fərqli olaraq, 30 milyonluq bina istəyir…
Gömrük şefi 30 milyonluq binada oturacaq, Rusiyada isə – Foto
Geri qayıt