Baş Prokurorluqda Vətən müharibəsinə həsr edilən qalereya yaradılıb

Qalereyada Vətən müharibəsi dövründə Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə şəhərlərində mülki əhaliyə və obyektlərə qarşı törətdiyi terror aktları ilə bağlı maddi sübutlar toplanıb.
Qeyd edək ki, fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirak edib.