TƏBİB-lə Səhiyyə Nazirliyinin sevimli tender şirkəti

TƏBİB-lə Səhiyyə Nazirliyinin sevimli tender şirkəti Şamaxı Müalicə Dianostika Mərkəzi bu gün mühafizə xidməti üzrə satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi son 3 ildə davamlı olaraq səhiyyə müəssisələrinin mühafizə xidmətlərinin satınalmasında qalib elan edilən TİİM MMC olub. 69 min 667 manat 20 qəpik dəyərində olan tenderin şərtlərinə görə, şirkət 3 postu mühafizə edəcək.
İndiyə qədər TİİM MMC ilə səhiyyə müəssisələri arasında 29 satınalma müqaviləsi bağlanılıb. Şirkət dövlət satınalmalarında 10.10.2019-cu il tarixindən qalib gəlməyə başlayıb. Şirkətin qazandığı bütün tenderləri istisnasız olaraq səhiyyə müəssisələri keçirib. Xəstəxanalardan tutmuş tibb kolleclərinə qədər mühafizə xidmətinin satınalmalarında TİİM liderlik edir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə, TİİM Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14, nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur.
Geri qayıt