Birinci sinif şagirdləri ilə bağlı nazirlikdən AÇIQLAMA

Birinci sinif şagirdləri ilə bağlı nazirlikdən AÇIQLAMA Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.

Bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.
Geri qayıt