Rəzilliyin son həddi: Bakıdan əsgərlərə göndərilən yardım Ağsuda piştaxtaya çıxdı - Foto

Rəzilliyin son həddi: Bakıdan əsgərlərə göndərilən yardım Ağsuda piştaxtaya çıxdı - Foto Novxanı kəndindən 5 ci sinif şagirdi əsgərə məktub göndərib. O, "Səninlə fəxr edirəm, Azərbaycan əsgəri" sözləri ilə başlayan məkubu isti corabın içində yollayıb əsgərə.

Amma Azərbaycan əsgəri nə o məktubdan xəbər tutdu, nə də o corabı geyinə bildi. Daha doğrusu, məktub ünvana çatmadı.

Ağsuda marketdən alınan corabın içindən çıxan məktubu indi hamı gördü. Fəxrlə yox, utancla.

Mediapress.az-a verilən məlumata görə, əsgərlərə göndərilən yardımlar təəssüf ki, hal-hazırda marketlərdə satışdadır...

Ümid edirik, lazımi orqanlar, xüsusilə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayacaq.
Rəzilliyin son həddi: Bakıdan əsgərlərə göndərilən yardım Ağsuda piştaxtaya çıxdı - Foto
Geri qayıt