"Bank Respublika" CƏRİMƏLƏNDİ

"Bank Respublika" CƏRİMƏLƏNDİ Dövlət Yol Polisi (DYP) "Bank Respublika" barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, işə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Belə ki, "Bank Respublika" İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Geri qayıt