Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEO

Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEO Kəlbəcər təhsilində rüşvət, anarxiya hökm sürür. Uzun müddətdir ki, rayonun təhsil şöbəsi rəhbərliyinin neqativ əməllərindən, Kəlbəcər məktəblərində yaşanan özbaşınalıqlardan bəhs olunur. Reportyor.info xəbər verir ki, bu dəfə rayonun 2 saylı orta məktəbində rüşvət yığımını əks etdirən video kadrlar yayılıb. Əlində siyahı tutan, pul verənlərin bir-bir adını çəkən müəllimlərdən biri qeyd edir ki, yığılan vəsait əlavə sinif açmaq məqsədi daşıyır. Digər müəllimin əlində isə 50 manatlıq əskinas gözə dəyir. Üstəlik, bu bazarlıq edilərkən şagirdlər də onların yanındadır. Müəllimlər olduqca “nümunəvi” davranırlar. Görünür ki, bu kadrlar pandemiyadan əvvəl çəkilib. Çünki martdan bəri tədris dayandırılıb, dərslər onlayn keçirilir. Lakin bu, Kəlbəcərin 2 saylı məktəbində rüşvətin olmadığını təkzib etmir.
Qeyd edək ki, məktəbin direktoru Azad Əsgərovdur.
Geri qayıt